Daha bir məktəb koronavirusa görə BAĞLANDI

22:04 - 27 Fevral 2021 - Xəbər

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək.

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi.

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.

Xəbər xətti