Bakıda mənzildə 54 yaşlı kişinin meyiti aşkarlandı

20:15 - 27 Fevral 2021 - HADİSƏ

Bakıda mənzildə meyit aşkarlanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Kərimov İlham Balakişi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti