2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb

Nazirlər Kabineti “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaratdı

Nazirlər Kabinetindən Ucnoqta.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda Nazirlər Kabinetinin Sərəncamını imzalayıb.

Sənədə əsasən “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılmış və onlara müvafiq tapşırıqlar verilmişdir.

Tarix
27 Fevral 2021 [14:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-27 14:45:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin