Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında

Bakıda anasını öldürməyə cəhddə ittiham olunan Sənan Şahkərimov yenidən məhkəməyə müraciət edib.

O, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyir.
6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən S.Şahkərimovun təqdimatı Nizami Rayon Məhkəməsinə daxil olub. Lakin məhkəmə təqdimatı təmin etməyib. Qərardan narazı qalan məhkum Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Hazırda məhkəmədə onun müraciətinə baxılır. Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.
İttihama görə, S.Şahkərimov anası K.Zalovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürmək istəyib. Belə ki, o, yaşadıqları binanın yanında anasının evə qayıtmasını gözləyib. S.Şahkərimov anasının binanın dəhlizində görən kimi ona yaxınlaşaraq, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Zərbələr K.Zalovanın boyun, çiyin, burun, döş qəfəsi, qarın boşluğu, bel və digər nahiyələrinə dəyib. O, anasının qışqırdığını gördükədən sonra bıçağı yerə atıb və oradan qaçıb.

S.Şahkərimov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi onun barəsindəki hökmü qüvvədə saxlayıb, apellyasiya şikayətini təmin etməyib.///report

Tarix
27 Fevral 2021 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-27 10:10:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin