Portuqaliya kinoşirkəti “Story of Khojali” filmini ekranlaşdırıb- Video

19:40 - 26 Fevral 2021 - Cəmiyyət

Portuqaliyanın “Original features” kinoşirkəti tərəfindən “Story of Khojali” filmi ekranlaşdırılıb.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Filmin prodüserliyini isə portuqaliyalı rejissor, prodüser Andre Badalo edib.

Filmdə Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur.

Filmin qəhrəmanlarını aktrisalar Aygün Fətullayeva və Natəvan Abbaslı canlandırıblar. Bəstəkarı Emil Həşimov olan filmin musiqisində etnosəslərə və milli musiqi aləti tara üstünlük verilib.

Xatırladaq ki, “Story of Khojali” filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar “Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.

Xəbər xətti