Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü

22:38 - 25 Fevral 2021 - DÜNYA

Dünyada COVID-19 pandemiyasından ölənlərin sayı 2,5 milyon nəfəri ötüb.

Bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və başqa açıq mənbələrin statistikaları ilə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bakı vaxtı ilə saat 20:47-yə olan məlumata görə, dünyada COVID-19-dan ölüm hallarının sayı 2 500 770 olub. Dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 112,6 milyonu ötüb.
Koronavirus pasiyentləri arasında ən yüksək ölüm sayı ABŞ-da qeydə alınıb – 506 mindən yuxarı.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.///report

Xəbər xətti