Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb

19:30 - 25 Fevral 2021 - SİYASƏT

25 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrailin ölkəmizdəki səfiri Corc Diki qəbul edib.

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Xəbər xətti