Baş Prokuroluğun əməkdaşları beynəlxalq təlimdə onlayn iştirak edib

17:49 - 25 Fevral 2021 - Xəbər

Cari ilin 22-24 fevral tarixlərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə “Kibercinayətlər və elektron dəlillər sahəsində əməkdaşlıq” mövzusunda onlayn təlim keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə prokurorluq, polis, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak edib.

Təlimdə kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, Budapeşt Konvensiyasında nəzərdə tutulan müddəalar, hüquqi yardım haqqında sorğular, onların nümunələri, formal, qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılmış, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilmişdir. Bunlarla yanaşı təlim iştirakçıları kazus üzərində işləmiş, müvafiq məruzələr hazırlayıblar.

İştirak beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib, yekunda iştirakçılar arasında təlim zamanı qazanılmış biliklərin yoxlanılması məqsədilə yazılı sorğu keçirilib, sorğunu uğurla tamamlayanlar sertifikatlarla təltif ediliblər.

Xəbər xətti