Cəbrayılda mülki şəxs minaya düşüb

Fevralın 25-i saat 14 radələrində Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tarix
25 Fevral 2021 [16:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-25 16:00:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin