Ana səhifə
21 Oktyabr 2018

"NİDA"-çı Prezidentə əfv müraciəti yazdı

3 saylı istintaq təcridxanasında saxlanılan “NİDA” Vətəndaş Hərəkatının üzvü Ömər Məmmədov prezident İlham Əliyev, Mətbuat Şurası və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.


Ucnoqta.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Ö.Məmmədov ərizəsində qeyd edib ki, cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılır: " Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz. Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm" –deyə o öz müraciətində qeyd edib.

Tarix
15 Oktyabr 2014 [13:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin