ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır

08:41 - 25 Fevral 2021 - DÜNYA

ABŞ prezidenti Cozef Bayden koronavirusun yayılmasının qarşısını almaq tədbirləri çərçivəsində tətbiq edilən fövqəladə vəziyyət rejiminin vaxtını uzadıb. "13 mart 2020-ci ildə prezident "COVID-19" pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etdi. Pandemiya ölkənin ictimai sağlamlığı və təhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə risk yaratmağda davam edir. Bu səbəbdən fövqəladə vəziyyət rejimi 1 Mart 2021-ci ildən sonra davam etməlidir", - Ağ Evin mətbuat xidmətinin verdiyi bir fərmanda deyilir. Fövqəladə rejimin uzadılmasının müddəti barədə məlumat verilməyib.

Xəbər xətti