Meyiti tapılan 5 nəfərdən daha biri AzTU-u fərqlənmə ilə bitirmişdi

11:20 - 24 Fevral 2021 - Xəbər

Fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən daha biri - Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.

Ucnoqta.az xəbər verir ki, bunu Universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib. O qeyd edib ki, vəfat edən tələbə Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub:

"Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirmişdi. Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

AzTU-nun rəhbərliyi və kollektivi Şikar Allahverdiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

Xəbər xətti