Almaniyada havanın temperaturu rekord dərəcədə artdı

23:14 - 23 Fevral 2021 - DÜNYA

Almaniyada bir həftə ərzində havanın temperaturu rekord dərəcədə artıb ​​- ölkənin bir sıra bölgələrində artım 40 dərəcəni ötüb.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın Metereologiya Xidmətindən bildiriblər.
Məlumata əsasən, Qöttinqen şəhərində fevralın 14-ü havanın temperaturu 23,8 dərəcə şaxta olmasına baxmayaraq, artıq fevralın 21-i (bir həftə ərzində) havanın temperaturu 41,9 dərəcə artaraq 18,1 dərəcə istiyə qalxıb.

Bildirilir ki, Almaniyada son dəfə bir həftə ərzində havanın temperaturunun artması ilə bağlı rekord 1880-ci ildə qeydə alınıb (bir həftə ərzində havanın temperaturu 41 dərəcə artıb).

Xəbər xətti