Xalq artisti Eldar Quliyev xəstəxanadan evə buraxılıb

19:48 - 23 Fevral 2021 - Cəmiyyət

İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev evə buraxılıb.

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti yaxşıdır və müalicəsi ev şəraitində davam edir: "Demək olar, sənətkarımızın qida rasionundan tutmuş dərman qəbuluna qədər hər şey həkimlərin nəzarəti altında davam edir".

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Xəbər xətti