Sabah Bakıda intensiv qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 24-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verillən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.
Çovğun olacağı ehtimalı var. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 0-4 dərəcə şaxta olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir dumanlı, yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.

Tarix
23 Fevral 2021 [13:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-23 13:23:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin