Ana səhifə
18 Sentyabr 2018

İlham Mirzəyevin səhhəti pisləşib, teleaparıcı şikayət edəcək

“Hakim onun həbsinə qərar versə də, İlham Mirzəyev məhkəmənin hökmünü ədalətsiz sayır. Bu səbəbdən də mütləq surətdə apelyasiya şikayəti veriləcək”. Bu barədə modern.az-a teleaparıcı İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib. X.Bayramzadənin sözlərinə görə, məhkəmədə şikayətçilər İ.Mirzəyevdən şikayətçi olmadıqlarını bildiriblər: “Ümumiyyətlə, bu maddə ilə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz, çünki bunlar mülki xarakterli məsələlərdir. Məhkəmə iclasları boyu da bu fikirlər səsləndirdim. Təəssüf ki, hakim Məzahir Sadıqov belə qərar qəbul etdi”.

İ.Mirzəyevin məhkəmədən sonra səhhətinin ağırlaşdığını söyləyən X.Bayramzadə teleaparıcının Bakı İstintaq Təcridxanasının sanitar hissəsində müalicə aldığını qeyd edib: “Məhkəmədən sonra səhhəti daha da ağırlaşıb. Həm belindəki yırtıqdan əziyyət çəkir, həm də əsəb-sinir sistemi çox pis pozulub, hazırda müalicə alır”.

Dünən Nərimanov Rayon Məhkəməsində İ.Mirzəyev barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarına əsasən o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Tarix
15 Oktyabr 2014 [13:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin