Bu gün Ankarada 3 ölkənin XİN başçıları görüşəcək

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin beşinci üçtərəfli görüşünün proqramına əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək. Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.
Tarix
23 Fevral 2021 [08:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-23 08:19:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin