Ana səhifə
21 Sentyabr 2018

Bakıda maşın oğruları tutuldu

Avtomobil oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb

 

 

Bakıda avtomobil oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb. Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 9-da Qafqaz küçəsində yaşayan Vidadi Məmmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Nizami Rayon Polis İdarəsi və 23-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məcidbəy Vəkilov yaxalanıb. Aparılan araşdırmalara görə, müəyyən edilib ki, o, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1994-cü il təvəllüdlü Tahir Namazovla birlikdə oktyabrın 11-nə keçən gecə, Nərimanov rayonu A.Qərib küçəsində yaşayan İsmət Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırıblar. Daha sonra müəyyən edilib ki, onlar 2013-cü il sentyabrın 27-də Bakı şəhər sakini, Əfqan Abdullayev məxsus Ə.Əzimzadə küçəsində yerləşən mağazadan, nəfəsliyin şüşəsini sındırmaq yolu ilə 180 manat, tütün məmulatı və ərzaq məhsulları, bu il sentyabrın 15-də Babək prospektində yaşayan Sabiq Babayevə məxsus “Toyota” markalı avtomobildən, şüşəni sındırmaqla 1300 manat oğurlayıblar. Əməliyyat tədbirləri zamanı H.Məlikov və T.Namazov da yaxalanıblar. Faktla bağlı araşdırmalar aparılır.

Tarix
15 Oktyabr 2014 [13:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin