Ayaq damarları görünməz etmək üçün XALQ TƏBABƏTİ

00:46 - 21 Fevral 2021 - DİGƏR

Damar ulduzcuqları - teleangioektaziyalar tonusunu itirmiş dəridaxili kapiliyarların genişlənməsi nəticəsində əmələ gəlir.

Kapilyar damarların keçiriciliyinin zəifləməsi və elastikliyinin azalması nəticəsində mikrosirkulyasiyada yaranan durğunluq venoz və ya arterial damarlarda təziyiqin artmasına və onların genişlənməsinə səbəb olur. Daha çox ayaqlarda müşahidə olunan damar ulduzcuqlarına bəzən üz, boyun və sinə nahiyəsinin dərisində də rast gəlmək mümkündür.

Ayaqlarda damar ulduzcuqları qırmızı və ya bənövşəyi rəngdə şaxələnmiş ağac kökünə və ya hörümçək toruna bənzər formada müşahidə olunur.
Ulduzcuqların əmələgəlmə səbəblərindən biri də qanda qadın cinsi hormonları olan estrogenlərin səviyyəsinin artmasıdır. Onların hormonal kontraseptiv dərmanlar qəbul edən və yaxud hamiləlik keçirən qadınlarda daha çox müşahidə edilməsi də bununla əlaqədardır.

Bunlardan başqa damar ulduzcuqları uzun müddət hündürdaban ayaqqabı geyilməsi, qalxanabənzər vəzin, qaraciyərin xəstəlikləri, uzun müddət nəzarətsiz hormonal preparatların qəbulu, artıq çəki və siqaret çəkmə nəticəsində də yaranır. Bu problemlə mübarizə etmək üçün bəzi xalq təbabəti vasitələri istifadə etmək olar.

Reseptlər

- Eyni miqdarda ayıqulağı yarpaqları, qarağat yarpaqları və dazıotu otu qarışdırılır, qarışıqdan 1 xörək qaşığının  üzərinə 1 stəkan qaynar su əlavə edilir. 15-20 dəqiqə dəmlənir, soyudulur, süzülür. Səhər və axşam yeməkdən əvvəl yarım stəkan qəbul edilir.

- Hərəsindən 2-3 xörək qaşığı çobanyastığı və gülümbahar çiçəkləri üzərinə 1 litr qaynar su əlavə edilir. 15-20 dəqiqə dəmlənir, süzülür. Dəmləmə ilə ayaqlara vanna edilir və ya həmin nahiyəyə islatma qoyulur.

- Damar ulduzcuğu olan nahiyəyə hər gün alma sirkəsi çəkilir. Prosedur 1 ay aparılır.

- Kal pomidor ortadan kəsilir, kəsik tərəfi ulduzcuq olan nahiyəyə qoyularaq 2-3 dəqiqə saxlanır. Onun tərkibindəki turşular müalicəvi təsir göstərsə də, dəriylə uzunmüddətli təması qızartı və qaşınma kimi əlamətlərin yaranmasına səbəb olur. Prosedurdan sonra həmin nahiyəyə nəmləndirici krem çəkilir.

- Damarları möhkəmləndirmək məqsədilə gündə 2-3 dəfə Şəfa vitamini qəbul edilir.

- Damarları möhkəmləndirmək və elastikliyini artırmaq məqsədilə 1 xörək qaşığı yapon soforasının qönçələri üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15 dəqiqə dəmlənir. Gündə 2 dəfə daxilə qəbul edilir.

Hərəsindən 1 xörək qaşığı aptek çobanyastığı çiçəkləri və yatıqqanqal otu qarışdırılır. Üzərinə 2 stəkan qaynar su əlavə edilir, 5 dəqiqə zəif ocaqda qaynadılır, soyudulur və süzülür. Tənzif parça həmin dəmləmədə isladılaraq problem olan nahiyəyə qoyulur. Parça quruyana qədər saxlanır. Prosedur gündə 2-3 dəfə təkrar edilir.

- 1 stəkan şam ağacı iynəyarpaqlarının üzərinə yarım litr qaynar su əlavə edilir, 10 dəqiqə zəif ocaqda qaynadılır, ocaqdan götürülərək 15 dəqiqə dəmlənir və süzülür. Dəmləmə ilə ayaqlar vanna edilir.

3 xörək qaşığı palıd qabığı üzərinə yarım litr su əlavə edilir, 20 dəqiqə zəif ocaqda bişirilir, süzülür. Ayaqlara vanna edilir.

- Qara üzüm və ya qırmızı qarağat əzilir, ulduzcuqlar olan nahiyənin üzərinə qoyulur. Tənziflə bağlanaraq 2-3 saat saxlanır.

- Zədəli nahiyəyə alma sirkəsi çəkilir, üzərinə bişmiş kələm yarpağı qoyularaq bağlanır, bir gecə saxlanır. Prosedurdan sonra həmin nahiyəyə nəmləndirici krem çəkilir.

- Fitooil Qara zirə yağının içərisinə bir qədər qidalandırıcı krem qarışdırılaraq problemli nahiyələrə çəkilir.
///Milli.Az

Xəbər xətti