"Manchester Siti" səfərdə "Arsenal"ı məğlub edib

00:06 - 22 Fevral 2021 - İDMAN

"Mançester Siti" İngiltərə Futbol Çempionatının 25-ci turunda səfərdə "Arsenal"ı 1-0 məğlub edib.

Trend-in məlumatına görə, oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

Beləliklə, "Mançester Siti" müxtəlif turnirlərdə ardıcıl 18 qələbə qazanıb. Həmçinin "Mançester Siti" məğlubiyyətsiz seriyasını 25 oyuna qədər uzadıb.

Turnir cədvəlində komanda 59 xal qazanaraq liderliyini davam etdirir, o ikinci yerdə olan "Lester" komandasını 10 xal qabaqlayır.

Xəbər xətti