Daha bir qaziyə vəzifə verildi

00:34 - 20 Fevral 2021 - ÖLKƏ İÇİ

Prezident İlham Əliyevin Fərmanına əsasən rayon icra hakimiyyəti aparatlarında "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi" yaradılıb.

Ucnoqta.az xəbər verir ki, bu fərmandan irəli gələrək Biləsuvar rayonunda da İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə qazi Zamiq Adil oğlu Mənsimli bu şöbənin müdiri təyin edilib.

Ehtiyatda olan baş leytenant Zamiq Mənsimli Vətən Müharibəsinin iştirakçılarındandır. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Xəbər xətti