Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan yola düşüb

18:09 - 19 Fevral 2021 - İQTİSADİYYAT

Azərbaycan üzərindən keçməklə Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan Tbilisiyə yola salınıb.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, qatar 56 konteynerdən ibarətdir. Bu yükdaşıma Maersk və MSC şirkətlərinin sifarişi əsasında həyata keçirilir. Konteynerlər Aktau - ƏLət fider xətti ilə Bakı limanına çatdırılıb. Onlardan  41-i Sian,  15-i isə Tsindao şəhərindən yola salınıb. Qatarın  yükü, əsasən, avtomobil şinləridir.

Qatar artıq Bakıdan Tbilisiyə yola salınıb. Konteynerlərin sabah Tbilisiyə çatacağı gözlənilir.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC  və “GR Logistics and Terminals”-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilr.

Xəbər xətti