“Mançester Siti”nin Messi ilə danışıqlar aparması məsələsinə aydınlıq gəldi

17:33 - 19 Fevral 2021 - İDMAN

“Mançester Siti” “Barselona”nın hücumçusu Lionel Messiyə yeni təklif etməsi barədə informasiyalara aydınlıq gətirib.

Bu barədə “Sky Sports” məlumat yayıb.

İngiltərə klubundan bildirilib ki, “Barselona”nın kapitanına təklif edilməyib və onunla danışıqlar aparılmır. Bununla belə “şəhərlilər” yanvar ayından etibarən Messiylə danışıqlar aparmaq hüququna malik olacaq, çünki argentinalının “Barselona” ilə müqavilə müddəti yayda başa çatır.

Xəbər xətti