"Yuventus"un müdafiəçisi iki həftə oynamayacaq

17:10 - 18 Fevral 2021 - İDMAN

Çempionlar Liqasının 1/8 finalında Portuqaliyada "Portu" ilə ilk matçda zədələnən "Yuventus"un futbolçusu Corco Kyellininin durumuna aydınlıq gəlib.

"Report" "Il Bianconero" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçinin iki həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

35-ci dəqiqədə təcrübəli oyunçunun yerinə meydana Merih Demiral daxil olub.

Qeyd edək ki, "Yuventus" rəqibinə 1:2 hesabı ilə uduzub. Komandalar arasındakı cavab oyunu martın 9-da olacaq.

Xəbər xətti