Bakıda 15 yaşlı qızı dayanacaqda avtobus vurdu

09:58 - 18 Fevral 2021 - HADİSƏ

Bakının Yasamal rayonunda piyadanı sərnişin avtobusu vurub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında baş verib.

15 yaşlı Ağabəyli Gülsüm Mirzə qızı dayanacaqda dayanan zaman onu sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Fakt Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti