Ana səhifə
22 Oktyabr 2018

Ordumuzda yeni təlimat hazırlanıb

Ucnoqta.az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə “Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat” hazırlanıb. Bunu müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev “Azərbaycan Ordusu” qəzetində yer almış məqaləsində bildirib.

Nazir müavini yazıb ki, təlimat Azərbaycan Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamının icrası məqsədilə hazırlanıb.

Onun sözlərinə görə, təlimatda KİV nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistlərin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər əksini tapıb.

Tarix
15 Oktyabr 2014 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin