Axtarışda olan 35 nəfər saxlanılıb- DİN

09:45 - 18 Fevral 2021 - HADİSƏ

Daxili İşlər Nazirliyi ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, fevralın 17-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılıb.

Gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Xəbər xətti