Tovuzda avtomobil 54 yaşlı qadını vurub

23:54 - 17 Fevral 2021 - HADİSƏ

Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Aşağı Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını kənd sakini, 1987-ci il təvəllüdlü Nağıyeva Gülbəniz Sabir qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti