Bakıda naməlum kişi meyiti tapılıb- Foto

13:39 - 17 Fevral 2021 - HADİSƏ

Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ərazisində 45-50 yaşlarında əynində qara gödəkçə və cins şalvar olan naməlum kişi meyiti tapılıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, müayinələr zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Onun əlamətləri belədir: Arıq bədən quruluşlu, saçları ağ, gözləri qara rənglidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə (012) 432-30-28 şəhər və (055) 284-50-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbər xətti