Bakıda 3 azyaşlı telefon dükanını qarət etdi

10:57 - 17 Fevral 2021 - HADİSƏ

Fevralın 15-də paytaxtın Səbail rayonunda kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 tərəfindən törədilməsi məlum olub.

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

 

Xəbər xətti