26 yaşlı gənc ehtiyatsızlıqdan adam güllələdi

09:54 - 17 Fevral 2021 - HADİSƏ

Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində güllə yarası alıb.

 1992-ci il təvəllüdlü Quliyev Kamal Knyaz oğlu ehtiyatsızlıqdan güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törədən şəxs 1995-ci il təvəllüdlü Muradov Murad Nəriman oğludur. Onun silahla ehtiyatsız davranan zaman açılan güllə K. Quliyevi yaralayıb. M. Muradov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti