36 yaşlı qadının mənzildə meyiti aşkarlandı

09:45 - 17 Fevral 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində ikisi azyaşlı olmaqla 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Ucnoqta.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Məmmədova Aytəkin Cəsarət qızının meyitini və 2 nəfər azyaşlını halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Xəbər xətti