Bakıda avtomobil yol polisini belə vurdu - VİDEO

00:56 - 17 Fevral 2021 - HADİSƏ

Bakıda YPX inspektoru avtomobil tərəfindən vurulub.

"MediaPost" xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib. Nobel prospektində "Volskvagen Golf" markalı avtomobilin sürücüsü maşını geriyə doğru hərəkət etdirir.

Bu zaman avtomobil yolun kənarında xidmət aparan inspektoru vurur. İnspektorun arxası avtomobilə tərəf olduğu üçün onu görmür. Sürücü də ehtiyyatsız davranır. Görünür ki, yolayrıcını səhvən keçən sürücü geriyə getməklə sağa manevr etmək fikrində olur.

​ Bu zaman isə tələsdiyi üçün yola diqqət etmir. Hadisə nəticəsində YPX əməkdaşı yüngül xəsarət alır.

Xəbər xətti