Xəzər rayonunda avtomobil 7 yaşlı uşağı vurub

00:48 - 17 Fevral 2021 - HADİSƏ

Bakıda 7 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Şüvəlan qəsəbəsində 7 yaşlı Hüseynova Səbinə Akif qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın və yumşaq toxumalarının əziyi diaqnozları qoyulub.

Xəbər xətti