Ana səhifə
20 Noyabr 2018

Vyana Ştraus Heydər Əliyev Mərkəzində

Ucnoqta.az bildirir ki, məşhur Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Heydər Əliyev Mərkəzindən Trend-ə bildiriblər ki, konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun (Johann Strauss), eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənəcək.

Qeyd edək ki, Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir.

Vyana Ştraus Festival Orkestri müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.

Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib.

Orkestrin yaradıcısı və bədii rəhbəri məşhur dirijor, virtuoz skripkaçı Peter Qutdur. O, İohan Ştraus ənənəsinin davamçısı olaraq skripka ifası və dirijorluğu ilə dinləyiciləri valeh edir.

 

Tarix
15 Oktyabr 2014 [21:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin