Ana səhifə
14 Noyabr 2018

Kukla Teatrında xeyriyyə aksiyası keçirilib

Daim yeni tamaşalar, maraqlı səhnə nümunələri ilə yanaşı sosial baxımdan vacib mövzulu layihələrə də imza atan A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə də maraqlı aksiyaya start verib.

 

 

Ucnoqta.az-ın məlumatına görə,  teatr Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyası ictimai Birlikləri ilə birgə  fevralın 5-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən "Talassemiyasız həyat naminə" layihəsinin  10  illik yubileyi münasibəti ilə eyniadlı xeyriyyə aksiyası keçirilib.  Aksiyanın təşkilində məqsəd irsi qan xəstəlikləri,  onların profilaktikası və ümumilikdə cəmiyyətin bu problemə diqqət yönəltməsini təmin etməkdir Azərbaycan mədəniyyət və incəsənət ustalarının iştirak etdiyi xeyriyyə aksiyasında "Oyuq" teatr studiyasının balaca istedadlarının ifasında "Şah və onun xudpəsənd oğlu" tamaşası nümayiş olundu. Bununla yanaşı qonaq qismində iştirak edən talassemiyalı uşaqlara xatirə hədiyyələri təqdim olunub.

 

 

Qeyd edək ki,  tədbirdə əməkdar artist Səlim Abbasov, gənc müğənni Nicat Məhərrəmov və başqaları iştirak etdi.

Tarix
5 Fevral 2015 [23:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin