Ana səhifə
13 Noyabr 2018

«07» yük maşını ilə toqquşdu, 3 nəfər yaralandı

Dönmə əməliyyatı zamanı yük maşını minik maşınını vurub

 

 

Bakının Nizami rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Ucnoqta.az”-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Babək prospektində qeydə alınıb. "Hyundai" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. İlkin məlumata görə, hər iki avtomobil Babək prospekti ilə "8-ci kilometr" qəsəbəsi istiqamətində hərəkət edirmiş. VAZ-2107 prospektdən sağa - məhəlləarası küçəyə dönən vaxt sağ tərəflə hərəkət edən yük maşını onu vurub. Nəticədə «VAZ-2107»-nin sürücüsü Anar Bayramov və iki sərnişini xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Tarix
15 Oktyabr 2014 [12:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin