Sərxoş sürücü “Mercedes”lə iki qadını “zebra”da vurdu – ANBAAN VİDEO

13:24 - 10 Fevral 2021 - HADİSƏ

Rusiyanın paytaxtı Moskvada sərxoş sürücünün avtomobillə iki qadını vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Ucnoqta.az xəbər verir ki, hadisə Flotskoy küçəsində qeydə alınıb.

Kadrlarda, “Mercedes-Benz” markalı minik avtomobilinin sürətlə hərəkətdə olduğu və tənzimlənməmiş piyada keçidindən keçən iki qadını vurduğu görülür. Zərbənin təsirindən piyadalardan biri, qarşı istiqamətdə piyadaların keçməsini gözləyən avtomobilin ön təkərinə dəyir.

Bildirilir ki, qəza nəticəsində qadınlardan biri ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yerli KİV-in məlumatına görə, “Mercedes-Benz”in 42-i yaşlı sürücüsü sükan hadisə zamanı sərxoş olub.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

 

Xəbər xətti