Ana səhifə
23 Sentyabr 2018

Bu il 1102 nəfər qidadan zəhərlənib

Bu ilin 9 ayı ərzində Azərbaycanda əhali arasında baş verən qida zəhərlənmələrinin statistikası açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, ötən müddət ərzində əhali arasında 986 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1102 nəfər zərər çəkərək qidadan zəhərlənib. Ötən 9 ay ərzində 14 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 20 nəfər zərər çəkib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib. İ.Abdullayev qeyd edib ki, bu ilin təkcə sentyabr ayında Azərbaycanda əhali arasında 84 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 91 nəfər zərər çəkib. Bir botulizm hadisəsi qeydə alınıb, zəhərlənməyə ev şəraitində hazırlanan leço səbəb olub.

Tarix
15 Oktyabr 2014 [14:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin