Ana səhifə
22 Sentyabr 2018

Arıçılıq məhsullarının yarmarkası davam edir

Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun “28 May” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binası) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası davam edir.
“Ucnooqta.az” AzərTAc-a istinadla bildirir ki, cari ildə ənənəvi olaraq keçirilən yarmarkalarda şəffaflığın təmin edilməsi və məhsulun keyfiyyətinə maksimum dərəcədə nəzarət olunmasının təmin edilməsi məqsədilə bir çox yeniliklər tətbiq edilib. Yeniliklərə uyğun olaraq yarmarkaya ancaq öz arıxanalarını müvafiq rayon baytarlıq idarələrində qeydiyyatdan keçməklə arıxananın qeydiyyat pasportunu əldə etmiş və zona baytarlıq laboratoriyalarında məhsullarını müayinə etdirərək müsbət cavablar almış arıçılar buraxılıb.
Yarmarkaya çıxarılan məhsullar sentyabrın 10-dan xüsusi mühafizə edilən anbarlara toplanıb və respublika baytarlıq laboratoriyasına gizli kodla müayinəyə cəlb edilib. Müayinələrin nəticəsinə görə normativ tələblərə cavab verməyən məhsul gətirmiş 8 arıçı yarmarkaya buraxılmayıb və 3530 kiloqram keyfiyyətsiz balın satışına icazə verilməyib. Yarmarkanın keçirildiyi ərazidə videomüşahidə təmin edilib ki, bunun vasitəsilə yarmarka sutka ərzində onlayn rejimdə nazirlik tərəfindən izlənilir.
Yarmarkada ölkənin 40 rayonundan və Naxçıvan Muxtar Respublikasından 438 nəfər arıçı iştirak edir. Ümumilikdə burada satışa 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum çıxarılıb. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə yarmarkada Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da satışına şərait yaradılıb.
Yarmarka oktyabrın 30-dək davam edəcəkdir.

Tarix
15 Oktyabr 2014 [21:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin