Məşhir müğənni 40 ildən sonra sirri açdı: "Siyavuş Aslanla... "

10:15 - 3 Fevral 2021 - MAQAZİN

Məşhur müğənni Təranə Vəlizadə mərhum Xalq artisti Siyavuş Aslanla sevgili olması ilə bağlı iddialara cavab verib.

Sənətçi “Elgizlə İzlə” proqramına qatılaraq 40 il sonra söz-söhbətə aydınlıq gətirib.

“İllərdir ürəyimdə saxlamışam. Həyat yoldaşımın ölümündən sonra depressiyaya düşdüm, xəstə yatdım. Özümə gələndən sonra eşitdim ki, adım Siyavuş Aslanla hallanır. Bu barədə heç vaxt danışmadım, utandım. Onsuz da bu yalanlara heç kim inanmadı”,- deyə T. Əlizadə vurğulayıb.

Qeyd edək ki, Təranə Vəlizadənin duet ortağı, həyat yoldaşı Eyvaz Həsənov illər əvvəl avtomobil qəzasında həyatını itirib. Bundan sonra T. Vəlizadə səhnələrdən uzaqlaşıb.///qafqazinfo

 

Xəbər xətti