Yerevanda etiraz mitinqi başlayıb

16:48 - 28 Yanvar 2021 - Xəbər

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq başlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Respublika meydanında keçirilən mitinqə siyasətçilər, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri qatılıb.

Aksiya iştirakçıları bütün vətndaşları mitinqə qatılmağa və baş nazirin istefasını tələb etməyə çağırıb.

Qeyd edək ki, N.Paşinyanın istefası tələbi ilə mitinqlər ötən ilin noyabrından davam edir.

Xəbər xətti