Qubada karantini rejimini pozaraq fəaliyyət göstərən dönərxana aşkarlandı

16:03 - 28 Yanvar 2021 - Xəbər

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq, obyekti icarə əsasında işlədən Babək Camalov və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Xəbər xətti