Ana səhifə
13 Dekabr 2018

“Kamera arxasında göz yaşlarımı saxlaya bilmirəm” - Müsahibə

Mahsun Kırmızıgül: “Möcüzə” bütün insanlara ümüd verir, sevginin nə qədər önəmli olduğunu vurğulayır”

 

 

Tanınmış Türkiyə müğənnisi Mahsun Kırmızıgül şəhərimizin qonağı olub. O, “28 Cinema”da rejissoru olduğu “Möcüzə” filminin təqdimatında iştirak edib. Film şikəst bir insanın taleyindən və müəllimin kənddə məktəb tikdirməsindən bəhs edir. Mahsun Kırmızıgül rejissoru olduğu filmlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

- Mahsun bəy, çəkdiyiniz filmi «Möcüzə» adlandırmısınız. Bu, nə ilə bağlıdır?

- Filmi real hadislər əsasında çəkilib. O, Əzizin Hayatından bəhs edir. Filmin sonundaı Əzizin sağalması həqiqi bir möcüzədir. Filmin qəhrəmanlarını yaxından tanıyıram, onlar İstanbulda yaşayırlar. Bu hekayə illərdir ki, məni düşünüdürürdü.

 

- Əziz obrazını niyə siz canlandırmadınız?

- Əzizin 31 yaşı, mənim isə 41 yaşım var.

 

- Sizin bütün filmlərinizdə sosial bir mesaj var. “Möcüzə”filminin sosial mesajı nədir?

- Filmdə kiçik bir dialoq var. Muxtar bir nəfəri ölümdən xilas edir. Həmin şəxs deyir: «Mənin həyatımı qurtardın, məndən nə istəyirsən, istə».  Muxtar bu əməlini insanlıq borcu olduğunu bildirir. Həyatını qurtardığı insan ondan subay oğlunun olub- olmadığını soruşur, Muxtar, «bir subay oğlum var, amma şikəstdir» deyir. Bunun cavabında isə, «mənim bir qızım var, sənin oğluna vermək istəyirəm. Əsas olan onun qəlbinin şikəst olmamasıdır» eşidir. Ən önəmli mesaj insan qəlbinin şikəst olmamasıdır. Bununla yanaşı filmdə insanlara ünvanlanmış mesajlar çoxdur. Əslində, çəkdiyim film haqqında danışmağı sevmirəm. Əsas qiyməti tamaşaçı verir. Türkiyədə «Möcüzə»ni izləyən tamaşaçıların sayı kifayət qədər çoxdur. Hətta Nyu-Yorkda çəkdiklərim filmlərdən belə çox izlənildi. Onu da deyim ki, Bakını görüb heyran oldum. Hazırda Bakı çox gözəlləşib və kino sahəsinə dövlətin dəstəyi var.

 

- Sizin filmlərinizi izləyəndə göz yaşını saxlamaq olmur. Bəs çəkilişlər zamanı sizə və digər aktyorlara çətin olmurmu?

- Bu sadəcə mənim filmim deyil, bütün filmlərdə aktyorlar nə hiss edirlərsə, onu yaşayırlar. Onlarda sizin kimi insanlardı. Aktyorlar həmişə fərqli obrazlarla tanış olurlar və onu canlandırırlar. Hər aktyorun özünə görə metodu var, onlar xarakteri canlandırarkən həqiqtən də duyğusal olurlar. Təbii ki, o hisslər bizə də yad deyil.  Mən film çəkərkən kamera arxasında göz yaşlarımı saxlaya bilmirəm. Bu duyğuları bütün filmlərimdə yaşadım, çünki yaxşı aktyorlarla işlədim və buna görə çox xoşbəxtəm. Məsələn “Bəyaz mələk”də  türk teatrının ən böyük aktyorları iştirak edirdi. İndi aramızda olmayan aktyorlar da var, onları hər zaman xatırlayıram və Allahdan onlara rəhmət diləyirəm.

 

- Filmləriniz tamaşaçılar tərəfindən çox sevilir, bəs bir müğənni olaraq fanatlarınız üçün konsert verməyi düşünürsünüzmü?

- Əslində, musiqi ilə bağlı bir çox insanları üzdüm. Çünki, musiqi fəaliyyətimə başlayarkən yaxşı bir sənətçi olmaq üçün əlimdən gələni etməyə çalışdım. Səhvlərim də, yaxşı işlərim də oldu. Nəticədə, Türkiyədə, Azərbaycanda və qonşu ölkələrin bir çoxunda tamaşaçılar məni müğənni kimi tanıdılar. Onları incitdiyimin, üzdüyümün fərqindəyəm. Uzun müddətdir ki, əlimə mikrofon almadım.

 

- Bəs ifa üçün darıxmadınızmı?

- Çox darıxdım, amma açıq deyim ki, eyni vaxtda 3 işi görə bilmirəm. Həm musiqi ifa etmək, albom çıxartdırmaq, eyni zamanda filmlər çəkmək asa niş deyil. Bu işləri bir arada görə biləcək qədər özümü çalışqan görmürəm. Bəlkə də musiqi sahəsində iqtisadi baxımdan daha güclü ola bilərdim. Çünki, musiqiçilərin bir çoxu bir saat mahnı oxuyub,  inanılmaz pullar qazanırlar. Amma kino mənim üçün yeni bir yoldu. Uğur qazanmaq üçün çox çalışdım. Musiqi ilə eyni vaxtda film çəkməyin çətin olduğunu görüb filmi seçdim. Yeni layihələr həyata keçirəcəm, amma musiqini əvvəlki kimi ifa edəcəyimi düşünmürəm.

 

- Hazırda səsiniz formadadır?

- Onu bilmirəm(gülür).

 

- Bir albom gözlənilirmi?

- Hazırda albom çıxratdırmağı düşünmürəm. Çünki, çox yorğunam və buna hazır deyiləm. Albom çıxartdırmaq çox asandı, amma  kino elə deyil, çox çətin işdir. Amma deyim ki, musiqi ilə bağlı bir layihəmiz var.

 

- Niyə Türkiyədə filmlərin baş qəhrəmanları xoşbəxt deyil, bədbəxt insanları seçirlər?

- Dünya kinolarında bu kimi hallar var. Dünyanın ən yaxşı aktyorları şikəst  insan xarakterlərini canlandırıblar. Real bir şikəst insanı canalandırmaq çox çətindi. «Möcüzə» fərqli filmdir. Əslində çox asan bir yol seçə bilərdim. Öz ölkəmin həqiqi hekayələrini çəkirəm. Amerikada, Nyu-Yorkda da filmlər çəkdim. Məncə, hər bir ölkənin kinosunun uğuru öz hekayələrini səmimi bir dildə anlatmaqdır. Mən bunları edirəm,Hollivvud standartlarına uyğun film çəkirəm. Kamera arxasına işləyən insanlar işlərinin peşəkarlarıdırlar. Məsələn, “Günəşi gördüm”də bir səhnə üçün Bolqarıstana getdik və çox pul xərclədik. Amma filmdə həmin səhnə bir dəqiqə görünürdü. Filmlər belə çəkilir.

 

- O qədər pul xərclədiyiniz xarakter xoşbəxt insan xarakteri deyildi...

- Amma “Möcüzə”də var.

 

- Türkiyə və Azərbaycan mətbuatında bu filmin «Oskar» mükafatına namizəd olacağını bildirirlər. Hətta deyirlər ki, Türkiyəyə  «Oskar»ı bu film qazandıracaq. Siz bu haqda nə deyə bilərsiniz?

- Bu işlər qismətlə bağlıdır. 2002-ci ildə bir reportaj hazırlayanda demişdim ki, 10 il sonra məni insanlar çox fərqli bir yerdə görəcəklər. 10 il keçdi və insanlar məni fərqli yerdə gördülər. Təbii ki, insanın məqsədi olmalıdır, və mənim də məqsədim var.  Ali Sürmeli İlə 4 filmdə çəkilmişik. Bütün  ssenarilərimi, hekayələrimi ilk olaraq onunla paylaşıram. Çox çalışıram və bir gün «Oskar» alacağımızı düşünürəm.

 

- Mahsun bəy, gənc olmağınızın sirri nədir?

- Rahatlıq harada varsa, orada yaxşı həyat var. Sizin sevginiz bizi ayaqda tutur. “Möcüzə”dən sonra insanların düşünməsi, ümidlərini itirməməsi məni çox sevindirir. Türkiyədə  evlərindən çıxmayan şikəst insanları, ailələləri bu filmi izləməyə aparırlar. Çünki, “Möcüzə” bütün insanlara ümüd verir, sevginin nə qədər önəmli olduğunu vurğulayır. Tamaşaçıların məni kinoteatrda görüb, sarılıb ağlaması bir daha yeni bir işə başlamaq üçün stimul olur. Mənim sənət yolum budur, hər kəs öz filmini çəkir. Mən xalqın problemlərini anlatmağı və eyni zamanda hekayənin içində bir çox hekayələri də anlatmağı sevirəm. 

Tarix
5 Fevral 2015 [16:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin