Messi yeni rekorda imza atdı

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu "Barselona" forması ilə İspaniya Kubokunda ən çox matça çıxan oyunçu ünvanına sahib çıxıb. Messi buna 1/8 finalda "Rayo Valyekano"nu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə yiyələnib.

Argentinalı forvard klubun sabiq oyunçusu Xosep Samityerin 75 matçlıq rekordunu geridə qoyaraq 76-cı oyununa çxııb. Sonrakı pillələrdə Andres İnyesta (73), Visente Pyera (71) və Xavi Ernandes (70) qərarlaşıb.

Qeyd edək ki, Lionel Messi İspaniya Kubokunda 53 qol vurub və 34 məhsuldar ötürmə edib.

Tarix
28 Yanvar 2021 [10:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-28 10:27:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin