Ana səhifə
16 Oktyabr 2018

MŞ təmsilçiləri Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyində olublar

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyində olublar. Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov rəhbərlik etdiyi qurumun fəaliyyəti, eləcə də birliyin mətbu orqanı olan «Naşir» jurnalı barədə məlumat verib, “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC tərəfindən çap olunan kitablar haqqında danışıb.
 

 

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitenin kafedra müdiri, professor Cahangir Məmmədlinin də iştirak etdiyi görüşdə ölkədə kitab çapının vəziyyəti, kitabın təbliğatı məsələləri, eləcə də Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin əməkdaşlıq formaları, «Naşir» jurnalının fəaliyyəti və problemləri müzakirə olunub. Jurnalın baş redaktoru Gülnar Məsimlinin fikirləri maraqla qarşılanıb.

Tarix
5 Fevral 2015 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin