"Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəm" - Mesut Özil

"Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm".

Bu fikirləri Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.

33 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.

"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə "CBC Sport"dan Elçin Cəfərovun sualına cavab olaraq Özil vurğulayıb.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.///report

Tarix
27 Yanvar 2021 [17:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-27 17:28:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin