Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib - FOTO

Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur.

 Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə və Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təşkil edilmiş “Media və kommunikasiya siyasəti medianın gözü ilə” seminarında iştirak ediblər.

Seminarda “Media əlaqələri və kommunikasiya strategiyaları”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması”, “Media gündəminin formalaşdırılması”, “Gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaşdırılması”, “Ənənəvi və sosial media ilə iş” mövzularında mühazirələr tədbir iştirakçılarına tədris edilmiş, bundan əlavə onları maraqlandıran suallar cavablandırılmışdır.

Seminarın sonunda iştirakçıların ADA Universitetinin tədris mərkəzinə turu təşkil edilib. Sonda xatirə fotoşəkli çəkdirilıb.

Tarix
27 Yanvar 2021 [14:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-27 14:50:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin