Kubada fəaliyyət göstərən azərbayacanlı iş adamı vəfat edib

14:04 - 27 Yanvar 2021 - Cəmiyyət

Kubada fəaliyyət göstərən azərbayacanlı iş adamı 54 yaşında vəfat edib.

“Report”un əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü Əmirağayev Rəcəb Məhəmməd oğlu xərçəng xəstəliyindən dünyasını dəyişib.

Mərhumun cənazəsi Azərbaycana gətirilərək burada dəfn olunacaq. R.Əmirağayevin nəşinin Vətənə gətirilməsini Diasporla İş üzrə Dövlət Komitəsi üzərinə götürüb.

Qeyd edək ki, mərhumun ailəsi hazırda Azərbaycanda yaşayayır.

Xəbər xətti