Sabah Azərbaycan, Ermənistan və Rusiya rəsmiləri görüşəcək- Naxçıvan dəhlizi müzakirə olunacaq

12:35 - 26 Yanvar 2021 - Xəbər

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri sabah Moskvada görüşəcək.

Bu barədə RBK kanalı Rusiyadakı mənbələrinə istinadən yazıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan tərəfindən Şahin Mustafayev, Ermənistan tərəfindən Mqer Qriqoryan, Rusiya tərəfindən isə Aleksey Overçuk iştirak edəcək.

Görüşdə Naxçıvan dəhlizi və bir neçə məsələ müzakirə olunacaq.

Qeyd edək ki, 11 yanvarda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi Moskva bəyanatında kommunikasiyaların açılması əksini tapıb.///publika.az

Xəbər xətti